Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yeni avtomobil yolunun tikintisi layihəsi

14 İyun 2017- 16:45
11  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yeni avtomobil yolunun tikintisi layihəsi

         

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2667 nömrəli Sərəncamına əsasən uzunluğu 9.0 kilometr olan işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yeni avtomobil yolunun tikintisi məqsədilə “Azəravtoyol” ASC-yə 4.3 milyon vəsait ayrılmış və tikinti işlərinə  başlanılmışdır.

 

           Yolun uzunluğu 9.0 km-dir və III texniki dərəcəyə uyğun olaraq layihələndirilmişdir.

 

                          Avtomobil yolunun əsas texniki göstəriciləri

 

Yolun uzunluğu- 9.0 km

Yolun texniki dərəcəsi - III

Hərəkət hissəsinin eni - 7,5 m   

Hərəkət zolaqlarının sayı- 2 ədəd

Hərəkət zolağının eni -  3,75 m

Çiyinin eni- 2x2,25 m

Bərkidici zolağın eni - 2x0,75

Torpaq yatağının eni - 12,0 m

 

 

                                           Yolun konstruksiyası:

 

- Əsasın alt layı – karxana çınqılından, qalınlığı - 25 sm;

-  Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 15 sm;

-  Asfaltbeton örtük  2 laydan ibarət (6+5 sm) qalınlığı - 11 sm.

 

                               Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 43.2 min  m3 çınqıl və qum-qırmadaş
  • qarışığı sərf edilmişdir;
  • Yolun 5 km hissəsində 18.9 min m3 köhnə örtük frezlənərək daşınmışdır;
  • Yolun 3 km hissəsində 2 laydan ibarət 22 500 m2 sahədə asfalt-beton örtük tikilmişdir;
  • Yolun 3.2 km hissəsində təhlükəsizlik məqsədilə hündürlüyü 5 metr olan torpaq bənd tikilmişdir;
  • Layihə çərçivəsində 9 ədəd su keçidi tikilmiş və 1 ədəd 2 aşırımlı körpü bərpa edilmişdir.

 

Cəbrayıl rayonunun Cocuq Mərcan kəndinə gedən yeni avtomobil yolunun tikintisi işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “36 № - li Yol İstismarı”MMCtərəfindən yerinə yetirilir.