Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan işlər çərçivəsində yeni salınan və yenidən qurulan yollarda hərəkətin rahat və maneəsiz təşkili üçün "Azəravtoyol" ASC və Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələrinin sınaq test yürüşləri keçirilir.
Sınaq yürüşlərin keçirilməsində məqsəd layihə üzrə yenidən qurulan və yeni salınan yollarda hərəkətin təşkilini real şəraitdə yoxlamaq və çatışmazlıqları aradan qaldırmaqdır.