"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Belə ki, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.
Adı çəkilən küçədə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılaraq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.