Körpüdə təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılır

4 İyul 2017- 09:38
11 Körpüdə təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılır

Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə sabah (05.07.2017) səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.

 

Təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

 

"Azəravtoyol" ASC  təmir işləri ilə əlaqədar olaraq yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.

 

Qeyd edək ki, sözügedən körpü Novxanı- Pirşağı  avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.