Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən və 26 km uzunluğunda olan Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun tikinsi davam etdirilir.
Bir-neçə gündür ki, Taxtanəkəran-Toradi yoluna asfalt döşənməsinə başlanılıb. Qısa müddətdə yolun 1 km-dən çox hissəsinə alt və üst qat asfalt döşənib.
Layihəyə əsasən ərazidə biraşırımlı dəmir-beton konstruksiyalı avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Uzunluğu 28, eni isə 6 metr olacaq körpü yolun 12,4-cü kilometrində yerləşəcək.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa olunan Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi başa çatdıqdan sonra Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar açılacaq.