Bakı şəhəri, Novxanı-Pirşağı dəniz kənarı avtomobil yolunun tikintisi layihəsi

3 Avqust 2017- 09:25
11 Bakı şəhəri, Novxanı-Pirşağı dəniz kənarı avtomobil yolunun tikintisi layihəsi

 

         Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun  olaraq Novxanı-Pirşağı dəniz kənarı avtomobil yolunun tikintisi layihəsi həyata keçirilmişdir.

 

         Layihənin həyata keçirilməsi nəticəsində şəhərin şimal-şərq hissəsindən şəhərin mərkəzinə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmai, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətində hərəkət etməklə, avtomobillərin Bakı –Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yollarına çıxışı təmin ediləcəkdir.

 

                                              YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ

 

Yolun uzunluğu -13,5 km ;

Yolun ümumi  eni -13 m;

Yolun hərəkət hissəsinin eni -9,0 m;

Hərəkət zolaqlarının sayı -2 ədəd;

Hərəkət zolaqlarının eni -2 x 4,5 m;

Çiyinlərin eni - 2x2,0 m-dir;

Səkilərin eni -2x1,0 m.

                                             

                                                 YOLUN KONSTRUKSİYASI

 

- Əsasın alt layı  karxana  materialı, qalınlığı - 50 sm;    

- Əsasın üst layı, optimal qum-qırmadaş  qarışığı, qalınlığı - 20 sm;

- Asfaltbeton örtük  3 laydan ibarət (8+7+5 sm) qalınlığı - 20 sm;

 

                                        

                                              YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ

 

- Torpaq işləri görülmüşdür -  248,1 min m3;

- Beton səki daşı düzülmüşdür -  37,0 min m;

- 3 laydan ibarət  20 sm  qalınlığında (8+7+5) asfalt-beton örtük tikilmişdir  -  121,4 min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı  istifadə edilmişdir  - 58,3  min ton;

- yeni səkilər tikilmişdir  -  26,0 min m2;

- Avtobus dayanacağı tikilmişdir - 4 ədəd;

-karxana qırmadaşı və qum-qırmadaş qarışığı  istifadə edilmişdir  -  48,6  min m3 ;

-  ağ və sarı üfüqi nişanlama xətti çəkilmişdir  - 6,8  min m2;

-  yol nişanları  və məlumatverici lövhələr quraşdırılmışdır - 101 ədəd

     

Novxanı-Pirşağı dəniz kənarı avtomobil yolunun tikintisini “Azəravtoyol” ASC-nin “Bakı 3 №-li Yol İstismarı” MMC-nin kollektivi   yerinə  yetirmişdir.