Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 iyul tarixli 2245 nömrəli Sərəncamına əsasən 72 min nəfər əhalinin yaşadığı, 5 yaşayış məntəqəsini birləşdirən Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması Azəravtoyol” ASC-yə həvalə edilmiş və bu məqsədilə 5,9 milyon manat vəsait ayrılmışdır.
Avtomobil yolunun əsas göstəriciləri:
Yolun uzunluğu - 13,7 km
Yolun eni - 15,5 m
Hərəkət hissəsinin eni - 12,5 m
Hərəkət zolaqlarının sayı - 4 ədəd
Çiyinlərin eni - 2x1,5 m
Yolun konstruksiyası:
- Əsasın alt layı layı, optimal tərkibli karxana materialından qalınlığı - 45 sm;
- Əsasın alt layı layı, optimal qum-qırmadaş qarışığı, qalınlığı - 15sm;
- Asfaltbeton örtük, 3 laydan ibarət (6+5+5 sm) qalınlığı - 16 sm;
Yerinə yetirilmiş işlər:
- Torpaq işləri yerinə yetirilmişdir - 36,5 min m3
- Optimal tərkibli karxana materialından əsasın alt layı layı tikilmişdir - 43,6 min m3
- Optimal qum-qırmadaş qarışığından əsasın üst layı layı tikilmişdir - 22,4 min m3
- 3 laydan ibarət asfaltbeton örtük tikilmişdir - 74,2 min ton
- Səki daşı düzülmüşdür - 3100 pm
- 2 ədəd - dəmir yolu və su kanalı üzərindən keçən körpülər yenidən qurulmuşdur
- Diametri 12 m olan 2 dairə tikilmişdir
Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “Bakı 2 № - li Yol İstismarı” MMC tərəfindən yerinə yetirilir.