Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi layihəsi

4 Avqust 2017- 09:49
11 Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi layihəsi

Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi layihəsi

 

 Yolun uzunluğu – 24.5 km

Yolun texniki dərəcəsi - IV

Hərəkət hissəsinin eni bərkidici zolaq ilə –6 m   

Hərəkət zolaqlarının sayı -2 ədəd

Hərəkət zolağının eni -  3 m

Çiyinin eni -2,0 m

Torpaq yatağının eni – 10 m

 

           Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin 22 avqust və 2014-cü ilin 4 dekabr tarixli Sərəncamlarına əsasən Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə Balakən Rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış, 2016-cı il 4 noyabr tarixində cənab Prezidentin imzaladığı 2407 nömrəli Sərəncamla sözügedən avtomobil yolunun tikintisi işlərinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Yolun uzunluğu 24,5 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.

 

                                              Yolun konstruksiyası:

 

- Əsasın alt layı – qum-çınqıl qarışığından, qalınlığı - 18 sm;

- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 15 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (6+4 sm) qalınlığı - 10 sm;

 

 

                               Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

  • Torpaq işləri –  245,0 min m3;
  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 51,3 min  m3 çınqıl və qum-qırmadaş qarışığı sərf edilmişdir;
  • Müxtəlif diametrli 14 ədəd su ötürücü borular tikilmişdir - 168 metr;
  • Yol üzərində körpü tikilmişdir, uzunluğu 18,0  metr, eni 7,0 metr;
  • 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə  - 35,3 min ton asfalt-beton qarışığı sərf edilmişdir;
  • 490 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır;
  • 180 ədəd müxtəlif yol nişanları və 30 ədəd göstərici lövhələr quraşdırılmışdır;
  • Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir – 61 750 m.

      

Bu yolun tikintisi 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.