Yolun texniki göstəriciləri:
Yolun uzunluğu – 23.5 km
Yolun texniki dərəcəsi - IV
Hərəkət hissəsinin eni bərkidici zolaq ilə –6 m
Hərəkət zolaqlarının sayı -2 ədəd
Hərəkət zolağının eni - 3 m
Çiyinin eni -2,0 m
Torpaq yatağının eni – 10 m
Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin 22 fevral və 2014-cü ilin 2 mart tarixli Sərəncamlarına əsasən Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinə Qax Rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış, 2016-cı il 22 avqust tarixində cənab Prezidentin imzaladığı 2282 nömrəli Sərəncamla sözügedən avtomobil yolunun tikintisi işlərinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Yolun uzunluğu 23,5 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.
Yolun konstruksiyası:
- Əsasın alt layı – qum-çınqıl qarışığından, qalınlığı - 20 sm;
- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 15 sm;
- Asfaltbeton örtük 2 laydan ibarət (8+4 sm) qalınlığı - 12 sm;
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
- Torpaq işləri – 70,1 min m3;
- Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 58,8 min m3 çınqıl və qum-qırmadaş qarışığı sərf edilmişdir;
- Müxtəlif diametrli 9 ədəd su ötürücü borular tikilmişdir – 102 metr;
- 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə - 40,6 min ton asfalt-beton qarışığı sərf edilmişdir;
- 468 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır;
- 166 ədəd müxtəlif yol nişanları və 16 ədəd göstərici lövhələr quraşdırılmışdır;
- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir – 70 500 m.
Bu yolun tikintisi 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.