Xocahəsən-Lokbatan avtomobil yolunda cari təmir - bərpa işləri aparılır - FOTO

7 Avqust 2017- 11:46
11 Xocahəsən-Lokbatan avtomobil yolunda cari təmir - bərpa işləri aparılır - FOTO

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

 

 Bu çərçivədə Xocahəsən - Lokbatan avtomobil yolunun 9 - 13 km-lik hissəsində  cari təmir- bərpa        işləri görülür.

 

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.

 

 Ümumilikdə təmizlənmiş hissələrə 10 min m2  yeni asfalt-beton örtüyü döşənəcək. 

 

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün   əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

 Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə olunur.