“Azəravtoyol” ASC-də 6 ayın hesabat iclası keçirilib – VİDEO / FOTO

8 Avqust 2017- 17:38
11 “Azəravtoyol” ASC-də 6 ayın hesabat iclası keçirilib – VİDEO / FOTO

 

Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

 

İclas iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov açıb.

 

Cəmiyyət sədri Saleh Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin 10 yanvar tarixində Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını xatırladaraq bildirib ki, iclasda cənab Prezident iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın və Bakı şəhərinin avtomobil yollarında yerinə yetirilən işlərdən danışıb və 2 məsələni - Bakı şəhərində “Sovetski” kimi tanıdığımız ərazidə təsdiqlənmiş layihənin bu il tam icra edilməsi, həmçinin bu il ərzində 40  kənd və qəsəbələrarası avtomobil yolu layihəsinin həyata keçirilməsini xüsusi olaraq vurğulayaraq “Azəravtoyol” ASC qarşısında tapşırıqlar qoyuduğunu vurğulayıb.

 

 Daha sonra  cəmiyyət sədri Saleh Məmmədov kollegiya iştirakçılarının diqqətinə “Sovetski” layihəsi çərçivəsində əsasən ümumi uzunluğu 7,1 km, asfalt-beton örtüyünün sahəsi 87,6 min m2 təşkil edən Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması uğurla yekunlaşdırıldığını çatdırıb.

 

Cəmiyyət sədri qeyd edib ki, 2017-ci ilin 6 ayı ərzində 40  kənd və qəsəbələrarası avtomobil yolu layihələri uğurla icra olunur və  2017-ci ilin birinci yarım ili ərzində Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatdırılmış bu cür obyektlərdən 7 avtomobil yolu və 1 körpü  layihəsinin açılış mərasimi keçirilib.

Bundan başqa Saleh Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığı sərəncamlara əsasən Respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakı şəhərində isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam  edir. Bildirilib ki, bu layihələrin həyata keçirilməsi 1,5 milyon əhalinin yaşadığı 466 yaşayış məntəqəsini əhatə edir, onların rahat avtomobil yollarından istifadə etməsinə, yük və sərnişin daşımasının asanlaşmasına, ən əsası isə kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq.

 

Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində ümumi isifadədə olan avtomobil yollarında və Bakı şəhərində 6 yeni avtomobil körpüsü tikilib, 5-i isə təmir edilib.