Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı “Azəravtoyol” ASC-yə verilmiş bütün tapşırıqlar vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilmişdir.
Belə ki, Atletlər kəndində yerləşən ictimai nəqliyyat qovşağının, “Koroğlu” metro stansiyasının arxasında yerləşən əraziyə köçürülməsi təmin edilməsi və ictimai nəqliyyat qovşağının ərazisində xətlənmə işləri aparılması çərçivəsində, 400 ədəd su baryerləri və 206 ədəd hər biri 3 metr uzunluğunda olan dəmir-beton mühafizə səddi düzülərək avtobusların marşrutlar üzrə nizamlı hərəkəti təmin edilib.
Bundan başqa,yeni nəqliyyat qovşağından Heydər Əliyev, Qara Qarayev və Ziya Bunyadov prospektlərinə çıxışı təmin etmək məqsədilə Bakıxanov qəsəbəsi istiqamətində Bəşir Bunyadov küçəsində dairəvi yol qovşağı tikilmiş və 1700 m2 sahəsi olan bağlantı yolu əsaslı təmir edilib.
Tennis Akademiyasına gedən İbrahim Paşa Dadaşov (9000 m2) və Nizami Nərimanov (912 m2) küçələri, “Bayıl Arena” Stadionunun giriş yolu (1470 m2). “Azal Arena” Stadionuna gedən Pirallahı-Şüvəlan yolu (hissələrlə), “Mirmövsüm Ağa” ziyarətgahının qarşısından Starçuk küçəsinə kimi(14 100m2) və Starçuk küçəsi (6950 m2), “Sərhədçi” İdman Kompleksinə Babək prospektindən rahat giriş-çıxışı təmin etmək məqsədilə Babək prospektinin ayrı-ayrı hissələri (11 348 m2) təmir olunub. İslam Oyunlarına hazırlıqla bağlı Bakı şəhərinin əsas magistral prospekt və küçələrində 178,1 min m2 xətləmə işləri aparılıb, İslam Oyunlarının “əsas oyun zolaqları” yerləşən prospekt və küçələrdə isə 64,4 min m2 sarı düz xətt, 11,7 min m2 ağ düz və kəsik xətt, 562 ədəd İslam Oyunlarının loqosu asfalt-beton örtüyü üzərində çəkilib.
“Əsas oyun zolaqları”nda 10 ədəd “L” tipli yeni məlumatverici göstərici lövhələr quraşdırılmış, 55 ədəd mövcud məlumatverici göstərici lövhələrin 709 m2 sahə üzərində İslam Oyunlarına dair dəyişikliklər edilmiş 165 ədəd yeni yol nişanları quraşdırılıb.
“Əsas oyun zolaqları”nın keçdiyi Bakı Beynəlxalq Avtovağzalı-Bakı Dairəvi-1 avtomobil yolunun işıqlandırılması məqsədilə 1 ədəd 100 kVa gücündə transformator quraşdırılmış və uzun müddət işləməyən işıqlandırma sistemi öz gücümüzlə bərpa edilib.
“Əsas oyun zolaqları” keçən prospekt və küçələrdə habelə, idman arenalarının ərazisində hərəkət edəcək nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə 198 ədəd hər biri 3 metr uzunluğunda olan dəmir-beton mühafizə səddi quraşdırılıb.
Qeyd edək ki, oyunların idarə edilməsi məqsədilə sutka ərzində fasiləsiz fəaliyyət göstərən Koordinasiya Qrupunda Cəmiyyətin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin iki nəfər mütəxəssisi uğurla fəaliyyət göstərmiş və bun görə onlar mükafatlandırılIblar.