Gəncə şəhərinin Zazalı-“ İmamzadə” kompleksi-Gəncə  avtomobil yolunun tikintisi layihəsi

21 Avqust 2017- 10:44
11 Gəncə şəhərinin Zazalı-“ İmamzadə” kompleksi-Gəncə  avtomobil yolunun  tikintisi layihəsi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 9 fevral tarixli 1769 nömrəli Sərəncamına əsasən Gəncə şəhərinin Zazalı-“ İmamzadə” kompleksi-Gəncə  avtomobil yolunun tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.

 

Yolun uzunluğu 19,3 km-dir və  yerli şəraitdən asılı olaraq I-III texniki dərəcələrə uyğun olaraq hissələrlə layihələndirilmişdir.

 

                                                  Yolun əsas göstəriciləri

 

 Yolun uzunluğu – 19,3 km

Hərəkət hissəsinin eni – 7-14 m  

Hərəkət zolaqlarının sayı -2-4 ədəd

Hərəkət zolağının eni - 3,5m

Çiyinin eni -2x2,5m

Bərkidici zolağın eni – 2x0,5 m

Torpaq yatağının eni – 12-19 m

 

                                           Yolun konstruksiyası:

 

-Əsasın alt layı – karxana  qum-çınqıl qarışığı, qalınlığı - 10 sm;

- Əsasın üst layı optimal qırmadaş qarışığı, qalınlığı – 15 sm;

-Asfaltbeton örtük  2 laydan ibarət ( 7+5 sm) qalınlığı – 12 sm;

 

 

                                       Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

  • Torpaq işləri –  103,7 min m3;
  •  D=400,500,1000 və 1500 mm olan dairəvi boru tikilmişdir - uzuluğu 363 m;
  • Yolun 7+850 m –də Gəncə çayı üzərində 2 aşırımlı, uzunluğu-63 m, eni 9 m olan  olan körpü tikilmişdir;
  •  45 yerdə ümumi sahəsi olan yol birləşmələri tikilmişdir - 5600 m2;
  • 2 laydan ibarət, ümumi sahəsi 216,0 min m2 olan, 12 sm qalınlığında asfalt-beton örtüyün tkintisinə  asfalt-beton qarışığı sərf edilmişdir - 69,0 min ton;
  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və optimal qum-qırmadaş   qarışığı sərf edilmişdir - 103,0 min  m3;
  • Səki daşları düzülmüşdür, uzunluğu  - 50,0 km;
  • Yağış və səth sularını axıtmaq üçün d=110 mm olan viniplast boru quraşdırılmışdır  - 2,9 km;
  • Avtobus dayanacaqları quraşdırılmışdır – 12 ədəd
  • Müxtəlif yol nişanları quraşdırılmışdır - 111 ədəd;
  • Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir – 12 130 m2.

      

Bu yolun tikilməsi, Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan Respublikası ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə girmədən( xüsusiilə də ağırçəkili yük maşınlarının) yük və sərnişin daşımasını təmin etməyə  imkan verəcəkdir.

 

Eyni zamanda bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan “İmamzadə” dini–mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi də təmin olunacaqdır.