Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 iyun tarixli Sərəncamına uyğun olaraq 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 36,5 km olan Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabddallı-Samux avtomobil yolunun tikintisinə başlanılmış və bu məqsədlə Samux rayon İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır.
Möhtərəm cənab Prezidentin növbəti- 2016-cı il 2 noyabr tarixli 2405 nömrəli Sərəncamına uyğun olaraq Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanaddallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
Avtomobil yolunun əsas göstəriciləri
Yolun uzunluğu – 36 km
Yolun texniki dərəcəsi – IV
Hərəkət hissəsinin eni – 60 m
Hərəkət zolaqlarının sayı - 2 ədəd
Hərəkət zolağının eni - 3,0 m
Çiyinin eni - 2 x 2,0 m
Torpaq yatağının eni -10,0 m
Yolun konstruksiyası:
- Əsasın alt layı, karxana qum-çınqıl qarışığı, qalınlığı - 25 sm;
- Əsasın üst layı, optimal qum-qırmadaş qarışığı, qalınlığı - 15 sm;
- Asfaltbeton örtük 2 laydan ibarət (6+4 sm) qalınlığı - 10 sm;
Aşağıda göstərilən işlər yerinə yetiriləcəkdir
- Torpaq işləri - 119,1 min m3
- Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum-qırmadaş qarışığınınsərfi- 139,8 minm3;
- Müxtəlif diametrli su ötürücü borular - 45 ədəd;
- Yol üzərində uzunluğu 57 m, eni 11 m olan 1 körpü tikiləcəkdir;
- Avtobus dayanacaqları quraşdırılacaqdır - 16 ədəd;
- 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə asfalt-beton qarışığı sərf ediləcəkdir - 40,1min ton
- Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaqdır -158 ədəd;
- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkiləcəkdir - 91,2 km.
Bu yolun tikilməsi 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.
Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanaddallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “30 № - li Yol İstismarı” MMC tərəfindən aparılır.