“Azəravtoyol” ASC Qurban Bayramı münasibəti ilə valideyn himayəsindən məhrum olmuş “Məzun evi”nin sakinlərini təbrik edib.
Bayramla əlaqədar olaraq təşkil olunan görüş zamanı “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun bayram təbriki çatdırlıb və 71 gənc ailə üçün bayram sovqatı paylanılıb.
Qeyd edək ki, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.