Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 km uzunluğunda Masallı - Cəlilabad hissəsinin tikintisi layihəsi

5 Sentyabr 2017- 10:20
11 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 km uzunluğunda Masallı - Cəlilabad hissəsinin tikintisi  layihəsi

Avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 22 aprel 2013-cü il tarixində imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 iyun tarixli 153s saylı Sərəncamı ilə təsdiq edilmiş Cəlilabad-Masallı hissəsinin yenidən qurulması” layihəsi üzrə Borc Sazişi  əsasında aparılmışdır.

                                            

YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Yolun uzunluğu  - 32,2  km

Yolun texniki dərəcəsi -  1b 

Yolun eni - 26.5 m;

Yolun hərəkət hissəsinin eni: - 4 x  3,75 m

Hərəkət zolaqlarının sayı - 4 ədəd

Ayrıcı zolağın eni - 4.0 m

Çiyinlərin eni -2 x 3.75 m (2 x 1,5 m hissəsi ikiqat, bitumla hopdurulmuş qirmadaşla bərkidilir)

 

                                            

 YOL GEYİMİNİN KONSTRUKSİYASI

 

Asfalt-beton örtüyün xırda dənəli asfalt-beton qarışığından tikilən yeyilmə layı -5 sm

Asfalt-beton örtüyün iri dənəli asfalt-beton qarışığından tikilən əsas layı -8 sm

Əsasın bitumla emal edilmiş qırmadaşdan tikilən üst layı -18 sm

Əsasın optimal qum-qırmadaş qarışığından tikilən alt layı  -20 sm

 

 

 

 

LAYİHƏ ÜZRƏ İŞ HƏCMLƏRİ

 

Torpaq işləri - 943,3 min m3

Dənəvər tərkibli əsasın alt layı–287,6 min m3

Qırmadaşlı əsas - 117.6 min m3

Bitumlu əsas - 106,7 min m3

Asfalt işləri (iridənəli)-  58,1 min m3

Asfalt işləri (xirda dənəli)-  40,1 min m3

      

 

                                 Layihəyə əsasən yol boyu  14 körpü və 2 tunel tikilmişdir:

 

                                             Körpülər və tunellər haqqında məlumat.

 

Dairəvi və düzbucaqli borular -   68    ədəd 

Mal-qara keçidi -  5 ədəd                                                                                

            

 

Yeni tras üzrə tikilən magistralın avtomobil yolları və digər maneələrlə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqları tikilməsi, birləşən və ayrılan yolların sayının minimuma çatdırılması, yolda hərəkətin təhlükəsizliyini maksimum təmin etməyə imkan verəcəkdir.

 

 Bundan əlavə, sözügedən magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və yükdaşımaların həcminin artmasına gətirib çıxaracaqdır.