Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır.
Bu tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür.
Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir. Bundan başqa daödan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədi ilə drenajlar qazılır, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.
Hal-hazırda da payız-qış mövsümünə hazırlıq məqsədi ilə görülən işlər davam etdirilir. Yaxın günlərdə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu km-lik hissələrində də aparılacaq.
Ümumilikdə payız-qış mövsümünə hazırlıq çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunda görülən işlərə “Azəravtoyol” ASC-nin “9 №-li Yol İstismarı” MMC-i tərəfindən lazımi sayda canlı qüvvə və 10-dan artıq maşın-mexanizm cəlb olunub.