Avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Hökuməti ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 2010-cu il 11 avqust tarixində imzalanmış 7889 AZ nömrəli Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 oktyabr tarixli 296s saylı Sərəncamı ilə təsdiq edilmiş 4723 AZ nömrəli Kredit Sazişi əsasında aparılmışdır.
YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ
Yolun uzunluğu - 46.0 km
Yolun texniki dərəcəsi - 1b
Yolun eni - 27.5 m;
Yolun hərəkət hissəsinin eni: - 4 x 3,75 m
Hərəkət zolaqlarının sayı - 4 ədəd
Ayrıcı zolağın eni - 5.0 m
Çiyinlərin eni - 2 x 3.75 m (2 x 1,5 m hissəsi ikiqat, bitumla hopdurulmuş qırmadaşla bərkidilir)
YOL GEYİMİNİN KONSTRUKSİYASI
Asfalt-beton örtüyün xırda dənəli asfalt-beton qarışığından tikilən yeyilmə layı - 4 sm
Asfalt-beton örtüyün iri dənəli asfalt-beton qarışığından tikilən əsas layı - 6 sm
Əsasın bitumla emal edilmiş qırmadaşdan tikilən üst layı - 19 sm
Əsasın optimal qum-qırmadaş qarışığından tikilən alt layı - 15 sm
Əsasın optimal qum-çınqıl qarışığından tikilən əlavə lay - 22 sm
LAYİHƏ ÜZRƏ İŞ HƏCMLƏRİ
Torpaq işləri - 3 807,6 min m3
Dənəvər tərkibli əsasın alt layı - 433,2 min m3
Qırmadaşlı əsas - 143,6 min m3
Bitumlu əsas - 414,5 min ton
Asfalt işləri (iridənəli) - 143,3 min ton
Asfalt işləri (xirda dənəli) - 94,4 min ton
- Dairəvi və düzbucaqlı borular tikilmişdir - 94 ədəd
- Yeraltı keçid tikilmişdir - 16 ədəd
- Yerüstü piyada keçidi tikilmişdir - 6 ədəd
Layihəyə əsasən yol boyu iki ədəd körpü tikilmişdir:
Körpülər haqqında məlumat.
|
Körpünün yeri, km |
Uzunluğu, m |
Körpünün sxemi |
Eni, m |
|
1 |
Ceyrankeçməz çayı üzərində körpü (62+890) |
47.5 |
2x18.0+15.0 |
2x15.0 |
|
2 |
Ceyrankeçməz çayı üzərində körpü (68+470) |
54.16 |
3x18 |
2x15,0 |
|
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranacaq, turizmin və regionların sosial-iqtisadi inkişafı, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Sifarışçi: “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti
Podratçı təşkilatlar; “Polat Yol Yapı Sanayi və Ticaret A.S.” şirkəti (Türkiyə);
Texniki nəzarətçi: “Pyunghwa Engineering Consultants Ltd” şirkəti (Koreya);