“Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na uyğun olaraq, son illər ərzində yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, avtomobil yollarının tikintisi, yenidənqurulması, işlərinnin həcmi ildən-ilə artmaqdadır.
Bu gün respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı bilavasitə dövlət büdcəsi vəsaiti hesabına da iri miqyaslı layihələr uğurla həyata keçirilir.
Belə layihələrdən biri də Şəki-Qax-Zaqtala avtomobil yolunun Şəki-Qax hissəsinin əsaslı təmiri layihəsidir.
Şəki - Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və Respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 km olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür. Avtomobil yolu Şəki şəhərinin Qax istiqamətində Kiş çay körpüsündən başlayaraq Qorağan - Qax - Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir.
Layihənin icrasına 2011-cü ildə başlanılıb.
Layihə 2 hissədən ibarətdir
I hissə: Şəki-Qax hissəsi, yolun uzunluğu- 35,0 km;
II hissə: Qax-Zaqtala hissəsi, yolun uzunluğu – 28,0 km ;
Sifarişçi: Azərbaycan Respublikası Nəqlliyyat Nazirliyi “Azəryolservis” ASC
Sözügedən layihənin təmiri başa çatdırılan Şəki-Qax hissəsidir. Avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, hazırda istifadə olunan 77 km məsafənin 42 km qısalmasına imkan verəcəkdir.
Bundan əlavə, Şəki rayonu ilə Qax rayonu arasında yerləşən 22 kəndi əhatə edən bu yol, həmin ərazidə yaşayan 39 min nəfər əhalinin sosial –iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Yolun uzunluğu 3.0 kilometr olan 32-35 kilometr sahəsi Qax şəhərinin dairəvi yolunun bir hissəsidir. Bu yolun istismara verilməsi Respublikanın paytaxtından və digər rayonlarından Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstan Respublikasına və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan verəcək, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcəkdir.
Yolun əsas göstəriciləri
- Yolun uzunluğu - 35 km;
- Yol 3-cü texniki dərəcəlıdir;
- Yolun eni 12.00 m;
- Hərəkət hissəsinin eni 7m (2x3,5 m);
- Çiyinlərin eni 2x2,5 m-dir;
- Hərəkət zolaqlarının sayı – 2;
Yerinə yetirilmiş iş həcmləri
- Torpaq işləri - 1005,7 min m3;
- Əsasın alt layının tikintisi üçün materialın daşınması – 790,5 min m3;
- Əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi – 101,6 min m3;
- Asfalt-beton örtük, 3 laydan ibarət qalınlığı 21 sm ;
- Asfalt-beton qarışığı sərf edilmişdir -182,1 min ton;
- Beton bordyurların quraşdırılmışdır – 8000 m;
- Yol üzərində, ümumi uzunluğu 2100 pm olan 21 körpü vardır;
Bu körpülərdən 20 ədədi 2007-2015-ci illər ərzində tikilərək istifadəyə verilmişdir.
O cümlədən :
- yolun 8+370-13+780 kilometr hissəsində Şin çayı üzərində 16 ədəd;
- 26+100 kilometrində Qaşqaçay üzərində 1 ədəd;
- 33+200 kilometrində Kürmükçay üzərində 3 ədəd;
- Yol üzərində düz bucaqlı və dairəvi en kəsikli 62 ədəd suötürücü borular tikilmişdir ki, onların da uzunluğu 1074 metr təşkil edir;
- Avtobus dayanacaqları tikilmişdir– 12 ədəd;
- Yol nişanları quraşdırılmışdır -176 ədəd;
- Yol kənarında dəmir-beton drenaj kanalı tikilmişdir -8200 m;