Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin layihəsi

5 Mart 2018- 10:58
11 Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin layihəsi

Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 15 dekabr 2011-ci il tarixdə regional yolların yenidən qurulması layihələri üçün Kredit Sazişi imzalanmış və Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 436 s saylı Sərəncamı ilə təsdiq edilmişdir. Saziş çərçivəsində “Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) Aran-Qarağacı hissəsinin bərpası, Lot 3 (km 0+000-km 26+000)” layihəsinin maliyyələşdirilməsi də nəzərdə tutulmuşdur.

 

Layihə üzrə tikinti-quraşdırma işləri tam şəkildə başa çatdırılmışdır.

 

YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:

Yolun uzunluğu   - 26,0  km ;

Yolun texniki dərəcəsi  -  III dərəcə

Yolun eni  - 12,0 m;

Yolun hərəkət hissəsinin eni  - 2 x 3,50 m;

Hərəkət zolaqlarının sayı  - 2 ədəd.

 

Çiyinlərin eni – 2x2.50m (2x2.0 m ikiqat bituma hopdurulmuş qırmadaş)

 

Körpülər haqqında:

Körpü - H1 (Incəçay körpüsü) -  km 9+278 (L-25m)            

Körpü - H2 (Yol Qovşağı) -  km 1+780  (L-50,0m)               

 

Borular - 53 ədəd (47  dairəvi və 6  düzbucaqlı)  

Yeraltı keçid  -  5 ədəd

 

            

YOL GEYİMİNİN  KONSTRUKSİYASI:

Aşınma layı  - 5 sm;

Əlaqələndirici lay - 8 sm;

Bitum əsaslı lay - 14 sm;

Əsasın qırmadaş layı  - 15 sm;

Əsasın alt layı - 20 sm.

 

LAHİYƏ ÜZRƏ  İŞ HƏCMLƏRİ:

Torpaq işləri - 937.90 min m3

Dənəvər tərkibli əsasın alt layı - 119.57 min  m3

Qırmadaşlı əsas lay -  58.98 min  m3

Bitumlu əsas  -  35.02  min m3

Əlaqələndirici a/b layı - 20.75 min m3

Aşınma layı - 13.08 min m3

 

Qeyd edək ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26 km-lik Aran-Qarağacı hissəsinin tikintisi yol boyu yerləşən Yevlax rayonunun 12 yaşayış məntəqəsinin 22 minə yaxın əhalisinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını bazarlara rahat və tez bir zamanda daşımasına şərait yaratmaqla kənd təsərrüfatının inkişafına səbəb olacaq.

 

Bundan başqa, Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikada regionlar arasında (Yevlax, Bərdə, Beyləqan inzibati rayonları) iqtisadi əlaqələrin inkişaf etdirilməsi, turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması və s. xüsusiyyətləri ilə yanaşı, “Şərq - Qərb” və “Şimal – Cənub” nəqliyyat dəhlizlərini əlaqələndirən bir yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaqdır.