Bu gün axşam saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99 JH 641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb.
Yük maşını iri baş mal-qara daşıyırmış. Qəzadan sonra mal-qara ətrafa dağılışıb.
Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib. Yol kənarında olan 64 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər və siqnal dirəkləri sıradan çıxıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.