“Azəryolservis” ASC tərəfindən Nizami rayonu Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunaraq yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Küçənin sözügedən hissəsində təmir-tikinti işləri Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən aparılan komleks tədbirlər çərçivəsində həyata keçirilib.