Lökbatan qəsəbəsinin giriş hissəsində təmir-tikinti işləri aparılır- VİDEO / FOTO

3 Aprel 2018- 17:45
11 Lökbatan qəsəbəsinin giriş hissəsində təmir-tikinti işləri aparılır- VİDEO / FOTO

Qaradağ rayonu Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işlə aparılır.

 

Təmir-tikinti işləri uzunluğu 1 km olan yol boyu aparılır. Yolun hərəkət hissəsinin eni burda ortalama 15 metr təşkil edir.

 

Təmir-tikinti işlərinin aparılmasında məqsəd yolun hərəkət hissəsində yaranmış qabarma və dağılmalardır. Bunu aradan qaldırmaq üçün yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, daha sonra yararsız qrunt 0.8-1 metr dərinlikdə qazılaraq çıxarılır. Yararlı materialdan əks-dolğu aparılaraq kipləşdirilir.

 

Bu məqsədlə tikinti işlərini aparıldığı ərazidə hərəkət müvəqqəti olaraq qısa müddətlik məhdudlaşdırılıb. Sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

 

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

 

Təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.