Bu gün səhər saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.
"Bakı dairəvi-1" avtomobil yolunun Lokbatan dairəsi istiqamətindən şəhərə doğru hərəkətdə olan “Shacman” markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri və isıq dirəyini dağıdaraq dayanmışdır.
Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, yük maşınını idarə edərkən sükan arxasında yuxulayıb və bir anlıq idarəetməni itirib. Bu zaman isə qəza baş verib. Nəticədə isə təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 13 min manata yaxın ziyan dəyib. “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib