İsmayıllıda 14 km uzunluğunda avtomobil yolu inşa edilir - VİDEO / FOTO

10 Aprel 2018- 17:00
11 İsmayıllıda 14 km uzunluğunda avtomobil yolu inşa edilir - VİDEO / FOTO

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı olaraq yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi çərçivəsində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə ümumi uzunluğu 2 min km-dən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsini həyata keçirəcək. 

 

Sözügedən layihərə uyğun olaraq artıq bir çox yollarda yenidənqurma və tikinti işlərinə start verilib. Bu cür yollardan bir-neçəsi İsmayıllı rayonunda yerləşir.  Bura respublika və yerli əhəmiyyətli yolar daxıldır. Yolların uzunluqları 54 km təşkil edir və 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edir.

 

Başlanğıcını Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 5-ci km-dən götürən yerli əhəmiyyətli Kəlbənd-Girk avtomobil yolu İsmayıllı rayonunda yenidən qurulması nəzərdə tutulan yollardan biridir. 14 km uzunluğa malik olan yol əsasən torpaq örtüklü və ensiz olması gediş-gəlişdə çətinliklərin yaranmasına səbəb olurdu. Bu üzdən sözügedən yol IV texniki dərəcəyə uyğun inşa edilir.

 

Tikinti layihəsinə uyğun olaraq 10 metr enində yeni yol yatağı inşa edilir. Bunun üçün hazırda 6 km-lik hissədə yolun profilə salınması və genişləndirilməsi, relyefdən aşağı olan hissələrin normativ hündürlükdə qaldırılması məqsədi ilə çınqıl materialı tökülərək kipləşdirilir. 2 km-lik hissədə bu işlər yekunlaşdırılaraq əsasın alt layının qum-çınqıl qarışından inşası işləri aparılıb. Ardınca optimal-qırmadaş qarışığından əsasın üst layının tikintisi işləri aparılacaq. Torpaq işləri 100 min kv.m-dən ərazini əhatə edir.

 

Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yolun asfaltlanması işlərinə başlanılacaq. Mövcud tikinti norma və standartlar əsasında yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

 

Yol boyu süni qurğu və suötürücü borulara gəldikdə isə, 1 ədəd suötürücü qurğunun tikintisi, həmçinin zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün mövcud boruların bərpa edilərək işlək vəziyyətə salınması, həmçinin müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılamsı işləri nəzərdə tutulub.

 

Sözsüz ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri nəticəsində vətəndaşların rahat gediş-gəlişi təmin ediləcək, həm də bölgədə kənd təsərrüfatı və turizm daha da inkişaf etmiş olacaq.  

 

Tərtib olunmuş qrafikə uyğu işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.