Tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır.
Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metrostansiyasının qarşısından keçmədən Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava Limanı, həmçinin Zabrat-Maştağa istiqamətinə hərəkət edə bilirlər.
Cəmi 4 ay ərzində inşa olunan müxtəlif səviyyəli yol qovşağına daxildir:
1. 496 m uzunluğunda 1 avtomobil tuneli
2. 193 m uzunluğunda yanaşma yolları
3. 702 m uzunluğunda yeni yol hissəsi
4. 27 m uzunluğunda yeni körpü.