Göyçay rayonunda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

20 İyun 2018- 14:29
11 Göyçay rayonunda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır. Bu layihələrdən biri də 23.3 km uzunluğa malik  Göyçay rayonunda yerləşən Cəyirli – Alpout avtomobil yoludur.

 

Cəyirli – Alpout avtomobil yolunda uzun illər əsəslı-təmir işləri aparılmadığından yolun asfalt örtüyü yararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkətində müəyyən çətinliklər yarandırdı.Yolun müəyyən hissələrində  yol yatağının təbii faktorların təsirindən aşınaraq  eni orta hesabla 0.85 m azalmış, çiyin hissələr standratlardan aşağı düşərək yeyilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun 3-cü texniki dərəcəyə uyun olaraq yenidən qurulması ilə sadalanan problemlər aradan qaldırılır.

 

Yolun 8.6  km lik  hissəsinin frezlənnəsinə  və ikiqat örtüyün tikintisinə, qalan hissələrdə isə ikiqat əsasın və ikiqat örtüyün tikintisinə ehtiyac olduğu üçün yol boyu dağımış yol geyiminin və torpaq  yatağının yararsız qruntunun zəruri yerlərdə 41.5 min kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir.

 

Yolun 8.6 km-lik hissəsində yol örtüyünün 60 min kv.m asfalt-betondan ibarət hissəsinin frezlənməsi işləri aparılıb. Ardınca əlaqələndirici bitum səpilməklə örtüyün alt və üst layının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılır. 12 sm qalınlıqda asfalt-beton örtük 60 min kv.m sahəyə döşənir.

 

Yolun qalan 14.7 km-lik hissəsində isə əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 190 min kv.m sahədə icra olunur. Yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bu işlər isə 100 min kv.m-dən çox ərazini əhatə etməklə 12 sm qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur. Çiyin hissələrin 116.5 min kv.m sahədə 12 sm qalınlıqda optimal-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür.

 

Bundan başqa tikinti işləri zamanı yol boyu 60 nöqtədə birləşmələrdən daxil olan avtonəqliyyat  vasitələrinin  təkərlərinin təmizlənməsi üçün  20 metr  uzunluqda  hissəsinin  asfalt-betondan  inşası aparılacaq, yaşayış məntəqələrindən keçən hissələrdə piyada səkiləri yararsız vəziyyətə düşdüyündən 600 m uzunluğunda yeni piyada səkiləri inşa olunacaq, kənarlarına yeni səki daşları düzüləcək.

 

Layihə çərçivəsində suötürücü  boruların başlıq hissələri  yuyularaq  dağılmış və bəzi borular  yararsız vəziyyətə  düşüb. Bu üzdən 25 ədəd 325 p.metr mövcud yararsız vəziyyətə  düşmüş boruların sökülməsi, əvəzinə isə müxtəlif diametrli 286 p.metr uzunluğunda 22 ədəd yeni dəmir-beton boruların quraşdırılması və 39 p.metr uzunluğunda 3 ədəd dördbucaqlı  su keçidlərinin inşası işləri aparılacaq.

 

Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün 70 ədəd yol nişanı və məlumatverici lövhə, 46 ədəd km göstəricisi və 760 ədəd siqnal dirəyi quraşdırılacaq, 5 ədəd avtobus dayanacağı inşa olunacaq.

 

Görülən işlər 21 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdırmaqla yol boyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradılmış olacaq.