Son 6 ay ərzində AAYDA 200-dən çox yol texnikası, maşın-mexanizm alıb - FOTO

23 İyul 2018- 14:47
11 Son 6 ay ərzində AAYDA 200-dən çox yol texnikası, maşın-mexanizm alıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır.

 

Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

 

Təbii ki, avtomobil yollarının müasir səviyyədə inşası və yenidən qurulması üçün müasir texnika, maşın-mexanizmlərdən istifadə olunması şərtdir. Məhz bu üzdən Dövlət Agentliyi maşın-mexanizm parkından səmərəli istifadə edilir və daima parkın yenilənməsini diqqətdə saxlayır.

 

Bunun nəticəsidir ki, cari ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikalar alınıb. Bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbsində yolların istismar müddətinin artmasına yardımçı olur.

 

Bundan başqa Agentliyimizin texniki şərtləri və sifarışı ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə idarə-müəssisələrimiz tərəfindən istifadə edilir. Bunlara misal kimi, yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları və sairi göstərmək olar.

 

Çevik texniki yardım və servis mərkəzində isə nasaz texnikaların təmiri, parkında mövcud olan nəqliyyat vasitələri və maşın-mexanizmlərdən isə fövqəladə hallarda Agentliyimizin ritmik fəaliyyəti təmin edilir.

 

Ölkə başçımızın uğurlu daxili və xarici siyasəti dünya dövlətlərinin mütləq əksəriyyətinin Azərbaycanı dost, qardaş, strateji müttəfiq kimi görməsi və qəbul etməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istifadəsinə 112 adda yol texnikasi və maşın-mexanızmlər ( vərdənə, avtoqreyder, asfalt döşəyən, ekskavator, yük maşını, vakum soruculu komunal maşın, yükləyici, yükü özüboşaldan, qar təmizləyən, yüksək təzyiqli su ilə təmizləmək üçün komunal maşın və s.) verilib.

 

Beləliklə son 6 ayda Agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb.


Müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri və maşın-mexanizmlərdən ibarət olan texnikalar parkımızı yeniləşdirməyə və bununla da ölkə rəhbərliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirməyə kömək edəcək.

 

Yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin ğörülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsi heç şübhəsiz hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutudur.

 

Xatırladaq ki, iki ölkə arasında bu dostluğun təməli Ulu öndərimiz tərəfindən 90-cı illərin ortalarında qoyulub və Cənab Prezident İlham Əliyev tərəfindən isə daha da möhkəmləndirilib.