Dəmirçi-Lahıc avtomobil yolunun inşası sürətləndirilib - VİDEO / FOTO

26 İyul 2018- 14:56
11 Dəmirçi-Lahıc avtomobil yolunun inşası sürətləndirilib - VİDEO / FOTO

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və yüksək keyfiyyətlə işlər davam etdirilir.

 

Sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

 

Hazırda yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası, həmçinin asfaltlanma işləri aparılır.

 

Bu işlər çərçivəsində torpaq örtüklü olan və IV texniki dərəcəyə uyğun olaraq yeni inşa edilənyolun eni 5-6 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və daşınması, III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və yararlı karxana çınqılı tökülüb, genişləndirilib və kipləşdirilərək avtoqreyderlə profilə salınması, torpaq yatağının layihə hündürlüyünə çatdırılması və çiyin hissələrin bərkidilməsi işləri aparılır. Ümumilikdə torpaq işləri 200 min kv.m-dən çox sahəni əhatə edir.

 

Sadalanan işlər yekunlaşmış ərazilərdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 20 sm hündürlükdə alt və 15 sm hündürlükdə üst qatının tikintisi işləri aparılır. Bu işlər 120 min kv.m-dən çox sahəni əhatə edir. Yol əsasının inşasının ardınca əlaqələndirici bitum səpilməklə yolun asfaltlanması işləri də görülür. Yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlıqda yeni asfalt-beton örtük döşənir.

 

Dəmirçi-Lahıc avtomobil yolu çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün, həmçinin  bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda müxtəlif təyinatlı mühəndisi qurğuların inşası, yol yatağının əlavə bərkidilməsi işləri aparılır. Belə ki, xüsusi qrup qrunt əraziyə gətirilərək yayılır və kipləşdirilir, 18.7 km uzunluğunda trapesiya en kəsikli küvetlər inşa edilir.

 

Bundan başqa layihəyə uyğun olaraq yol boyu müxtəlif diametrli və uzunluqları 400 paqon-metr olan 14 ədəd suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikinrisi və izolyasıyasi, 5 ədəd dördbucaqlı dəmir-beton suötürücülərin inşası, 1.6 km uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və 6.7 km uzunluğunda dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisi və izolyasıyası işləri aparılır.

 

Tikinti norma və qaydalarına uyğun olaraq yolun trassasına düşən çaylar üzərindən 3 avtomobil körpüsünün inşası işləri aparılır. Belə ki,  yolun 1.9-cü km-də uzunluğu 60 metr olan 3 aşırımlı, yolun  4.6-cı km-də uzunluğu 10 metr olan 1 aşırımlı və yolun 6.2-ci km-də uzunluu 24.5 metr olan 1 aşırımlı avtomobil körpüsü inşa edilir. Bundan başqa 50 metr uzunluğunda sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.

 

Yeni avtomobil yolunun tikintisi işləri çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq sonuncu mərhələdə yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 65 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.

 

Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.

 

Tikinti işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

 

Dəmirçi-Lahıc avtomobil yolunun  yaxın aylarda tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.