Tovuzda strateji əhəmiyyətə malik bir-neçə yolun yenidən qurulması bitir - VİDEO / FOTO

9 Avqust 2018- 10:55
11 Tovuzda strateji əhəmiyyətə malik bir-neçə yolun yenidən qurulması bitir - VİDEO / FOTO

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq bu gün əsas diqqət kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər bir neçə mühüm məqamı özündə ehtiva edir. Belə layihələr çərçivəsində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılır.

 

Söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir.

 

Sözügedən istiqamət üzrə  avtomobil yolları uzun müddət  əsaslı təmir olunmadığından  hərəkət hissəsində çalalar və qabarmalar əmələlə gəlmişdir.Bu səbəbdən  yolun yenidən qurulmasına zərurət yaranmışdır.

 

Yolun  18 km uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişirdi. Sözügedən hissə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV və V texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq  torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bu işlər 60 min kub.m-dən çox həcmdə icra olunub.

 

Bundan başqa suötürücü borular və küvetlər olmadığı  üçün  yol yatağı və yol əsası  sel suları  nəticəsində  yuyulduğundan  yol boyu avtoqreyderlə 26 min p.metr küvetlərin açılması və müxtəlif diametrdə 21 ədəd 228 p.metr uzunluğunda suötrücü dəmir-beton boruların quraşdırılması və izolasiyası , boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılıb.

 

Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri  aparılıb. Yol əsasının alt layının  tikintisi 20 sm hündürlükdə qum-çınqıl,üst layının tikintisi  isə 16 sm hündürlükdə optimal qırmadaş qarışığı ilə aparılıb. Yol əsasının tikintisi 182 min kv.m sahəni əhatə edib.

 

Bu işlərin ardınca yolun asfaltlanması işlərinə start verilib. Əlaqələndirici bitum səpilməklə 100 min kv.metrdən çox sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət  iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənir.

 

Anoloji işlər Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarında da aparılıb. Burda yolların ümumi uzunluğu 15 km təşkil edir. Sözügedən yolların dağlıq ərazidən keçən hissələrində eni 3-4, digər hissələrində 4-5 metr arası dəyişirdi.

 

Yolun  yararsız qruntunun qazılıb kənarlaşdırılması və  yolun V texniki dərəcəyə uyğun yenidən qurulması üçün torpaq yatağı 2-4 metr genişləndirilib. Bunun üçün dağlıq ərazilərdə yolun normativ eninin alınması üçün yamacların və qaya tipli suxurların xüsusi texnika ilə kəsilməsi işləri də aparılıb. Ümumilikdə bu işlərin həcmi 53min kub.m təşkil edib.

 

Tikinti norma və standartlarına əsasən yol yatağının və yol əsasının sel suları nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə 18.5 min p.metr uzunluğunda küvetlərin açılması, 10 yerdə müxtəlif diametrli və 100 p.metr uzunluğunda dəmir-beton suötürcü  boruların quraşdırılması işləri aparılıb.

 

Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub. Bunun üçün  yollar boyu 110 min kv.metrdən çox sahədə  2 laydan ibarət və 28 sm hündürlüyündə yol əsasının  tikintisi aparılıb.

 

Bunun ardınca  düşərgə və Hacıhəsənli kəndinin giriş yolunun 12 min kv.metrdən çox sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Yanıqlı, Sofular  və Saladinli kəndlərinə giriş yollarının 60 min kv.metrdən çox sahəsində isə yol geyiminin 12 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır.

 

Tikinti işlərinin sonuncu mərhələsində  layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, km göstəricisi ,1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılmaqla yaxın aylarda burda müasir yol infrastrukturu yaradılacaq.

 

Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.