Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, Asan xidmət mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq .
Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik.