Qazaxda Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

24 Yanvar 2019- 08:42
11 Qazaxda Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

 

Sözügedən avtomobil yolu iki  hissə üzrə yenidən qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

 

Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan  yol geyimi və yolun əsası  həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə  çoxlu sayda torlar və çalalar yaranmışdır.

 

Layihəyə uyğun olaraq sözügedən yolun 4.5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Burda mövcud  örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 12 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.

 

Yol boyu  mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən yol boyu 4 ədəd 48 paqon-metr uzunluğunda 500 mm-lik , 2 ədəd 24 paqon-metyr uzunluğunda isə 1000 mm diametrində yeni dəmir-beton suötürücü borular quraşdırılıb, başlıqlar dəmir-betonla tikilib. Bundan başqa avtoqreyderlə 3500 paqon-metr  küvetlərin açılması işləri də görülüb.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağnın avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal  qum-qırmadaş  qarışığından əsasın  alt və üst layının 50 min kv.m sahədə tikintisi işləri görülüb. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm , üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınması, çiyin hissələrin 14 min kv.m sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri aparılıb, 8 yol birləşməsi təmir edilib.“

 

Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11.5 km-lik Daşsalahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Anoloji işlər burda da aparılır. Belə ki, mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 24 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülür.

 

Yol boyu 4 ədəd 48 paqon-metr uzunluğunda 500 mm diametrində yeni suötürücü dəmir-beton borular quraşdırılaraq izolyasiya olunur, 4 nöqtədə müxtəlif diametrlərə mali suötürücü boruların başlıqlarınin isə təmiri işləri görülür, 5800 paqon-metr uzunluğunda küvet hissələr açılır.

 

Daha sonra torpaq yatağı avtoqreyderlə profilə salınır, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 130 min kv.m sahədə tikintisi işləri görülür. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlanması işlərinə də başlanılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə  yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm  qalınlıqda iri və xırda dənəli olmaqla  asfalt beton qarışığı ilə inşa edilir, çiyin hissələr xüsusi qruntla bərkidilir, 14 ədəd yol birləşməsi isə təmir edilir.

 

Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərkətin normal təşkili üçün hərəkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 km yolcızgi və yol göstərici xətləri çəkiləcək.

 

16 km uzunluğa malik Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.