Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.
Belə ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.
Sözügedən işlər 12 fevral axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.