Süleyman Əhmədov küçəsində hərəkət məhdudlaşdırılır

8 Dekabr 2015- 00:00
11 Süleyman Əhmədov küçəsində hərəkət məhdudlaşdırılır

          9 dekabr 2015-ci il tarixindən etibarən Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hissə - hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik mədudlaşdırılacaq.

 

         “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir.