Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2018-ci il 419 nömrəli Sərəncamına əsasən Lerik rayonun 9 min 100 nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini əhatə edən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, bu məqsədlə 11.3 milyon manat vəsait ayrılmış və avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
Avtomobil yolunun əsas göstəriciləri:
Yolun texniki dərəcəsi - IV;
Hərəkət hissəsinin eni - 6,0 m;
Hərəkət zolaqlarının sayı - 2 ədəd;
Hərəkət zolağının eni - 3,0 m;
Çiyinin eni - 2 x (1,0-2 m);
Torpaq yatağının eni - 8,0-10,0 m.
Yolun konstruksiyası:
- Əsasın alt layı, karxana çınqıl qarışığı, qalınlığı - 20 sm;
- Əsasın üst layı, optimal qum- çınqıl qarışığı, qalınlığı - 16 sm;
- Asfalt-beton örtük 2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 sm.
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
Torpaq işləri - 352,6 min m3;
Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum-qırmadaş sərf edilmişdir - 498,1 min m3;
Müxtəlif diametrli dəmir-beton suötürücü borular quraşdırılmışdır - 605 pm;
2 laydan ibarət örtüyün tikintisinə asfalt-beton qarışığı sərf edilmişdir - 34,6 min ton;
Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır - 62 ədəd;
Siqnal dirəkləri quraşdırılmışdır - 360 ədəd;
Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir - 50,8 km.
Dağlıq ərazidə yerləşən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi, əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının habelə turizmin inkişafında, mühüm əhəmiyyət kəsb edəcək, yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.
Lerik rayonunun Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “45 № li Yol İstismari ”MMC tərəfindən yerinə yetirilmişdir.