Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının Gənclər birliyinin hesabat-seçki yığıncağı keçirilib.
Tədbir iştirakçiları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra dövlət agentliyinin akt zalında keçirilən hesabat-seçki yığıncağını giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.
Saleh Məmmədov çıxışında qeyd edib ki, 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında cəmiyyətimizin bütün ümidləri ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddət ərzində vəziyyəti sabitləşdirdi, bu da imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun və o ildən bu günədək Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.
Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərdiyini qeyd edərək, ölkənin regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlətimizin başçısının Sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığı və bu istiqamətdə həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisinin, yenidən qurulmasının həcminin ildən-ilə artdığını bildirib.
Daha sonra tədbirdə YAP Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev çıxış edib. İlk partiya təşkilatının sədri AAYDA üzrə 3 minə yaxın partiya üzvündən 700-ə yaxın əməkdaşın YAP Nəsimi rayon təşkilatının qeydiyyatında olduğunu və təşkilat tərəfındən keçirilən bütün tədbirlərdə ilk ərazi təşkilatı üzvlərinin aktiv iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı AAYDA üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayevin təklifi ilə Gənclər Birliyinin İdarə heyətinin 9 nəfərdən ibarət tərkibi, birliyinin sədri və sədr müavinlərinin seçilməsi səsə qoyuldu.
Səsvermənin nəticəsinə uyğun olaraq Mehman Musayev Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı AAYDA üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri, Elmar İntiqam Elmar və Günay İsrafilli isə sədr müavinləri seçildi.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı AAYDA üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyinin konfransına nümayəndələrin də seçilməsini təklif etdi. Təklif səsə qoyularaq qəbul edildi.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət xanım İbrahimqızı çıxış edərək hesabat məruzəsindən cox məmnun qaldığını bildirdi. AAYDA-nın Yeni Azərbaycan Partiyası Nəsimi rayon üzrə ən böyük ərazi təşkilatı olduğunu bildirərək qeyd etdi ki, bu təşkilat nümunəvi təşkilat olaraq Yeni Azərbaycan Təşkilatının inkişafına öz töhfəsini verir.
Sonda Əvəz Qocayev tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi və tədbiri bağlı elan etdi.