AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQ TENDER ELAN EDİR

28 Fevral 2019- 14:27
11 AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “BRT 7, Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün nəqliyyat vasitələri və avadanlıqların satınalınması” məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 “Azərbaycan Magistral Avtomobil Yolu - 3” Layihəsi

BYİB Borc sazişləri 7889 AZ və 8602 AZ, BİA Krediti 4723 AZ

 

 

Azərbaycan Respublikası Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu - 3” layihəsi üzrə Dünya Bankından kredit vəsaiti əldə etmişdir və həmin vəsaitin bir hissəsini “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün nəqliyyat vasitələri və avadanlıqların satınalınması”, (Lot 1 - Xidməti maşınlar və işçilərin daşınması üçün nəqliyyat vasitələri;           Lot 2 – Yol istismar avadanlıqları) üçün sərf etmək niyyətindədir.

Bu müqavilələr Azərbaycan Respublikası Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) (Satınalan təşkilat) hazırda iştirak hüququ olan iddiaçıları “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün nəqliyyat vasitələri və avadanlıqların satınalınması” (Lot 1 - Xidməti maşınlar və işçilərin daşınması üçün nəqliyyat vasitələri; Lot 2 – Yol istismar avadanlıqları) tenderi üzrə möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.    

İddiaçılar bir və ya hər iki lot üzrə təklif verə bilərlər. Tender məktubunda qeyd olunması şərti ilə, birdən artıq lot üzrə qalib olmaq istəyən iddiaçı öz tender qiyməti üzrə güzəşt təklifi edə bilər.

Hər bir lot üzrə təchiz olunacaq avadanlıqların sayı aşağıdakı kimidir:

 

Lot 1: Xidməti maşınlar və işçilərin daşınması üçün nəqliyyat vasitələri;

Bənd

Bəndlərin təsviri

Sayı

1-1

Xidməti /nəzarət işləri üçün maşınlar

4

1-2

İki-ekipajlı yüngül tonnajlı nəqliyyat vastələri (pik-up tipli)

4

1-3

Avtobus

2

 

Lot 2: Yol istismar avadanlıqları

Bənd №

Bəndlərin təsviri

Sayı

2-1

Yol təmiri üzrə çox-funksiyalı (Hamısı birində) səyyar avadanlıq

1

2-2

Əyri xətli tir yuyan (süpürgə ilə birgə)

1

2-3

Səbət tipli Qaldırıcı Kran (yol işıqlandırmasının təmiri üçün)

1

2-4

Traktor bazasında ot biçən, su nasosu, Çox funksiyalı generator və kompressor

1

2-5

Tozsoran qurğu və yol süpürən maşın

1

2-6

Duz, qum səpən, qar kürəyən maşın

3

2-7

Sayrışan təhlükəsizlik işarələrinin quraşdırıldığı qoşqu, treylerlər

4

2-8

Qreyder

3

2-9

Mexanizmlərlə birgə yükləyici

1

2-10

Universal Birçalovlu Təkərli Yükləyici

1

2-11

İki-barabanlı vibrasiyalı vərdənə

1

2-12

Avadanlıqların daşınması üçün alçaq səviyyəli qoşqu

2

2-13

Təmir avadanlığı

1

Müvafiq Xidmətlərin siyahısı:

S-1: Avadanlıqların sahədə quraşdırılması və ya işə salınmasının icrası və ya icrasına nəzarət.

  1.  
  2. Magistral avtomobil yollarının istismarı MMC-nin avadanlıqların idarə olunması və istismarı üzrə müfəssəl təlimat ilə təmin edilməsi.
  3.  

S-5: Gömrük rəsmiləşdirilməsi.

 

Bütün mallar üçün İstehsalçı tərəfindən birbaşa və ya Təchizatçı vasitəsilə Azərbaycanda satış sonrası xidmət təşkil olunmalıdır. Azərbaycanda satış sonrası xidmətə mallar üçün İstehsalçının zəmanəti üzrə səlahiyyət və cavabdehlik də daxildir.

 

Malların çatdırılma müddəti Müqavilə imzalandığı tarixdən etibarən 120 gündür.    

Alternativ təkliflər tətbiq olunmur.   

İxtisas meyarlarının qiymətləndirilməsi:

(a)  Əgər iddiaçı istehsalçıdırsa:

(i) Maliyyə imkanları

İddiaçı aşağıdakı maliyyə tələblərini yerinə yetirmək iqtidarında olduğunu sübut edən sənədlər təqdim etməlidir:

Son üç il üzrə orta illik dövriyyə,

  • Lot 1 – Xidməti maşınlar və işçilərin daşınması üçün nəqliyyat vasitələri – 600,000 ABŞ dolları;       
  • Lot 2 – Yol istismar avadanlıqları – 4,000,000 ABŞ dollarından az olmamalı və ya onlara bərabər məbləğdə olmalıdır. 

Birdən artıq lot üzrə təklif vermək üçün iddiaçı həmin lotların hər biri üzrə qoyulan maliyyə tələblərinə bütövlükdə cavab verməlidir.

Birgə müəssisə tərəfdaşları tələblərə birgə cavab verməklə yanaşı müstəqil qaydada da tələblərin yarısına cavab verməlidirlər.  

İddiaçı maliyyə imkanlarını nümayiş etdirmək üçün son üç il üzrə audit tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməlidir.

(ii) Təcrübə və texniki imkanlar    

İddiaçı aşağıda göstərilən təcrübə meyarlarına cavab verdiyini sübut edən sənədlər təqdim etməlidir:

  • Tender şərtlər toplusudakı tələblər cədvəlində qeyd olunan mallara oxşar malların son beş ildən birində həmin cədvəldə müəyyən olunan sayına bərabər sayda istehsalı və təchizatı. 
  • Tenderin açılış tarixindən əvvəlki üç il ərzində tələblər cədvəlində qeyd olunan mallara oxşar malların istehsalı ilə bağlı davamlı iş fəaliyyəti.

 

  (iii) Təsdiqedici sənədlər

İddiaçı təklif etdiyi malların aşağıda qeyd olunan istifadə tələblərinə cavab verdiyini təsdiq edən sənədlər təqdim etməlidir:

  • Malların əsas texniki və fəaliyyət xarakteristikalarının müfəssəl təsviri;
  • satınalan təşkilat tərəfindən avadanlıqların istifadəsinə başlanılmasından sonrakı iki il müddətində malların düzgün və davamlı istifadəsi üçün zəruri ehtiyat hissələrinin, xüsusi vasitələrin, alətlərin və s. mümkün mənbələri və qiymətləri daxil olmaqla ətraflı məlumatlar qeyd olunan cədvəl;
  • malların və xidmətlərin satınalan təşkilatın texniki xüsusiyyətlərinə əsaslı şəkildə cavab verdiyini və ya həmin xüsusiyyətlərdən kənarlaşmanı və istisna halları əks etdirməklə bu xüsusiyyətlərin hər bir bəndi üzrə verilən şərhlər.

 

  1.  Əgər iddiaçı istehsalçı deyilsə:

Əgər İddiaçı istehsalçı deyilsə, lakin, istehsalçının icazə forması (tender şərtlər toplusunun 4-cü bölməsi, tender təklifi formaları) əsasında  istehsalçının adından malları təklif edirsə, o zaman istehsalçı yuxarıda qeyd olunan (i), (ii), (iii) bəndlərindəki meyarlara cavab verdiyini, iddiaçı isə son beş ildə oxşar malların təchizatı ilə bağlı ən azı bir müqaviləni uğurla başa çatdırdığını nümayiş etdirməlidir.

Tender Dünya Bankının “BYİB və BİA kreditləri və qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalınması”na dair təlimatlarında (satınalma təlimatları, 2014-cü ilin iyul ayında dəyişikliklər edilən nəşri) müəyyən olunan benəlxalq rəqabətli tender əsasında keçiriləcəkdir və iştirak hüququ həmin satınalma qaydaları ilə müəyyən olunan bütün iddiaçılar üçün açıqdır. Əlavə olaraq satınalma təlimatlarında Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.6 və 1.7-ci bəndlərə diqqət yetirmək lazımdır.

Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək və tender şərtlər toplusu ilə tanış olmaq üçün iş günləri saat 10.00-dan 17.00-dək aşağıdakı ünvana müraciət edə bilərlər (əlavə məlumat üçün elektron müraciətlər orada qeyd olunan hər iki elektron ünvana göndərilməlidir).

Tender şərtlərinin ingilis dilindəki toplusu iştirak hüququ və marağı olan iddiaçılar tərəfindən aşağıdakı ünvana rəsmi qaydada müraciət təqdim olunduqdan və 200 manat və ya 120 ABŞ dolları məbləğində geri qaytarılmayan məbləğ ödənildikdən sonra əldə edilə bilər. Ödəniş bank vasitəsi ilə aşağıdakı hesaba köçürülməlidir:

Benefisiar:                Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

VÖEN.:                      9900013141

Bank:                         Kapital Bank ASC, “Nəsimi” filialı

SWIFT:                      AIIBAZ2X

Müxbir Hesab:          AZ69AIIB38050019441801833111 AZN

                                   AZ59AIIB38150018401801833111 ABŞ dolları

Bankın VÖEN-i:        9900003611

 Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqdan  sonra sənədlərin çap olunmuş variantı iddaçının səlahiyyətli nümayəndəsi tərəfindən və ya iddiaçı tərəfindən təşkil olunan kuryer xidməti vasitəsilə həmin ünvandan əldə edilə bilər.  Lakin, sənədlərin itirilməsi və ya gec çatdırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi heç bir cavabdehlik daşımır.

Tender təklifləri 11 aprel 2019-cu il, yerli vaxtla saat 17.00-da və ya 17.00-dək aşağıdakı ünvana təqdim edilməlidir. Təkliflərin elektron qaydada təqdimatına icazə verilmir. Gecikən təkliflər qəbul olunmayacaqdır. Tender təklifləri 11 aprel 2019-cu il, yerli vaxtla saat 17.00-da açılacaqdır.

Bütün tender təklifləri tender zəmanəti ilə birlikdə təqdim olunmalıdır. Hər bir lot üzrə tender zəmanətinin nəbləği aşağıdakı kimidir:

Lot 1 – 7,000 ABŞ dolları; 

Lot 2 – 40,000  ABŞ dolları.

və ya sərbəst konvertasiya oluna bilən digər valyuta ekvivalentində.

İddiaçılar, hər iki lot üçün təklif təqdim etdikləri halda hər iki lot üzrə tələb olunan tender zəmanətinin cəmi məbləğində olmaq şərtilə, bir tender zəmanəti təqdim edə bilərlər.

 

Ünvan:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,

İdarə heyətinin sədri cənab Saleh Məmmədov

 

Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə.

 

Tender təkliflərinin təqdimatı üçün: 2-ci mərtəbə, 224-cü otaq

Tender təkliflərinin açılışı üçün: 4-cü mərtəbə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin akt zalı

 

Əlaqə nömrəsi:    (+994 12) 499 79 02

 

Elektron ünvan:               mehman.babaxanov@aayda.gov.az;  

Surəti:                   saadat.aliyeva@aayda.gov.az

 

İnternet ünvanı:   www.aayda.gov.az