Yasamal rayonu Süleyman Dadaşov küçəsi təmir olunur

5 Aprel 2019- 11:46
11 Yasamal rayonu Süleyman Dadaşov küçəsi təmir olunur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhərində yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçələrdə təmir-tikinti işləri həyata keçirilir.

 

Bu cür küçələrdən biri də Yasamal rayonu Süleyman Dadaşov küçəsinin bir hissəsidir.

 

Belə ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Dadaşov küçəsinin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir.

 

Təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə yol əsası bərkidilir, yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına isə yeni səki daşları düzülür.

 

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.

 

Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kv.m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

 

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.