Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun kənarındakı mühafizə çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanılıb.
Astara RPŞ-yə Ələt-Astara magistral yolunun 188-ci kilometrində dayanacaq meydançası ətrafında ümumi dəyəri 1206 manat olan hər biri 3 metr olmaqla 60 ədəd məftil mühafizə çəpərinin dayaqlarının oğurlanması ilə bağlı müraciət daxil olub. RPŞ əməkdaşları tərəfindən keçirirlən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən rayonun Bala Şahağacı kənd sakini Eyvaz Məcidov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin zirzəmisindən paslanmayan dəmir dayaqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.