AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov vətəndaşları qəbul edib

27 Aprel 2019- 10:14
11 AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov vətəndaşları qəbul edib

Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib.

 

Qəbulda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədr müavinləri, aparatın rəhbəri, müvafiq idarə və şöbə rəisləri iştirak ediblər.

 

Qəbula yazılan 30-a yaxın vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənildi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verdi. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapdı, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alındı.

 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasən, İdarə heyətinin sədri Saleh Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.