Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi özəl sektoru yol infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa cəlb etmək üçün elan edir.

3 May 2019- 15:24
11 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi özəl sektoru yol infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa cəlb etmək üçün elan edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrindən olan Logistika və Ticarətin inkişafına dair Strateji Yol Xəritəsi rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanmışdır. Sözügedən Fərmanın 1.3-cü Logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi bəndinin 1.3.1-ci Avtomobil nəqliyyatı infrastrukturu ilə bağlı əlavə tədbirlərin görülməsi yarımbəndində özəl sektorun cəlb edilməsi imkanları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində özəl sektorlara “Tik-İşlət-Təhvil ver” layihələrinin həyata keçirilməsi məqsədi ilə aşağıda qeyd olunan layihələrin tikintisində özəl sektorlar tərəfindən investisiya qoyuluşu üçün elan edir.

Layihələrin həyata keçirilməsində yerli və xarici özəl şirkətlər iştirak edə bilər.

 

  1. R-6 Tağıyev-Sahil avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri;
  2. 2-ci texniki dərəcəli Quba-Şamaxı avtomobil yolunun tikintisi;
  3. “Ağsu” aşırımından keçilməməsi şərti ilə M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsinin tikintisi.

 

Maraqlanan özəl sektor təmsilçiləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edə bilərlər.