Daha bir küçənin görkəmi tamam dəyişir

16 Dekabr 2015- 00:00
11 Daha bir küçənin görkəmi tamam dəyişir

         Nizami rayonunda daha bir küçədə aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Söhbət Bəkir Çobanzadə küçəsindən gedir.

 

        Təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır. Təmir işlərinin aparıldığı ərzinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.

        

         Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. Yeraltı kommunikasiya xətləri ( qaz, su, istilik, elektrik, rabitə ) yolun hərəkət hissəsindən kənara köçürülüb.

        

         Piyadaların da rahatlığı nəzərə alınaraq təmir-tikinti işləri çərçivəsində 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1800 paqon metrə yaxın yeni səki daşları düzülüb.

        

         Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü yenisi ilə əvəzlənir. Ərazinin 2 qat olmaqla 14 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

        

        “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərində genişləndirmə işləri aparılır. Bu işlər nəticəsində yolun hərəkət hissəsinin 5 metrə yaxın genişləndirilır. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olacaq.

        

         Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar  atılıb. Yeni yaradılmış avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.

       

         Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulur, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır. Daha sonra yol cizgi xətlərininyol göstərici xətlərinin çəkilişi işləri də aparılacaq.

  

XƏBƏRƏ AİD FOTOLAR

XƏBƏRƏ AİD VİDEO