Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində baş vermiş sızmanın aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən qazıntı işləri aparılır. Qazıntı-bərpa işlərinən sabaha qədər yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.