Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən su xəttində qəza baş verib. Baş vermiş sızmanın aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən qazıntı işlərinə başlanılır.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.