Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2 iyul - Azərbaycan Polis Günü münasibəti ilə agentliyin inzibati binasının mühafizə xidmətini həyata keçirən Mühafizə Polisinin polis nəfərlərini qəbul edib.
Qəbul zamanı İdarə Heyətinin sədri Saleh Məmmədov polis nəfərlərinin hər birini Polis Günü münasibəti ilə təbrik edib, onların simasında daxili işlər orqanlarında çalışan bütün əməkdaşlara fədəkar, şərəfli və əzmli işlərində uğurlar arzu edib.