Uzun illərdir təmir olunmayan küçə yeni görkəmdə

23 Dekabr 2015- 00:00
11 Uzun illərdir təmir olunmayan küçə yeni görkəmdə

         Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi yararsız vəziyyətə düşmüş küçələrin təmir edilərək vətəndaşların istifadəsinə verilməsi ölkə rəhbərliyinin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

 

         Bu üzdən “Azəryolservis” ASC tərəfindən bu istiqamətdə mühüm addımlar atılmaqdadır.

 

         Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsinin Ağa Sadıq Gəraybəyli və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin ümumi uzunluğu 700 metr, ortalama eni isə 9 metrdir.

 

         Təmir-tikinti işləri zamanı sözügedən ərazinin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə burda 2 qat olmaqla təqribən 7500 kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

 

         Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

 

         Xatırladaq ki, bundan öncə Səttar Bəhlulzadə küçəsinin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində təmir-tikinti işləri aparılıb. Bu ərazinin uzunluğu isə 350 metr, ortalama eni 18 metrdir. Sözügedən ərazidə 500 paqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6000 kvadrat metr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.   

 

XƏBƏRƏ AİD FOTOLAR

 

XƏBƏRƏ AİD VİDEO