Vətəndaşların qəbul günü dəyişdirildi

19 Avqust 2019- 11:43
11 Vətəndaşların qəbul günü dəyişdirildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun Şabran şəhərində, Siyəzən  və Şabran  rayon sakinləri  ilə nəzərdə tutulan qəbulun tarixi dəyişdirilərək avqust ayının 26-na saat 10:00-a keçirilib.

 

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Şabran şəhəri  “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Şabran və Siyəzən rayonunun sakinləri iştirak edə bilərlər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə dair olmalıdır.

 

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.