Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq. Tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik!