Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulu keçirilib

26 Avqust 2019- 14:29
11 Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulu keçirilib

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 26 avqust 2019-cu il tarixində Şabran rayonunda vətəndaşları qəbul edib. 

 
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və 
Şabran RİH-nin başçısı Asif Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra
Şabran şəhəri Heydər Əliyev mərkəzində keçirilən qəbulda  Şabran  və Siyəzən rayonlarından olan 40-a yaxın vətəndaşın müraciət və şikayətlərinə baxılıb. 
 
Qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. 


Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.