Məsuliyyətsizlik yolun dağılmasına səbəb olur

25 Dekabr 2015- 00:00
11 Məsuliyyətsizlik yolun dağılmasına səbəb olur

         Ötən il kifayət qədər maliyyə vəsaiti xərclənərək təmir edilmiş Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Baksol küçəsi 12 ünvanında yolun asfalt-beton örtüyü sıradan çıxır.

 

         Səbəb bəzi sakinlərin məsuliyyətsizliyi ucbatından yolun hərəkət hissəsinə yığılan kanalizasiya sularıdır.

 

         Belə ki, bir-neçə gün  bundan öncə həmin ərazinin yaxınlığından keçən 1 metr diametrli iki yüksək təzyiqli kanalizasiya kollektorlarından birində qəza baş verib. Nəticədə çirkab su axaraq yolun hərəkət hissəsinə dolur. Bu isə yolun asfalt örtüyünün sıradan çıxmasına səbəb olur. 

 

         Problemdən aidiyyəti qurumlar məlumatlı olsalar da, qəzanın qarşısını almaqda çətinlik çəkirlər. Çünki sözügedən kanalizasiya kollektorlarının üzərində qanunsuz olaraq yaşayış evləri inşa edilib.

 

         Hazırda aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması üçün tədbirlər görülür.

 

XƏBƏRƏ AİD FOTOLAR